· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
    1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının solistlərinin xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı solistlərinin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

  

İmişlidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatır

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının növbəti mərhələsi çərçivəsində İmişli şəhərində 300 şagird yerlik yeni məktəb binası tikilir.

 

Təhsil ocağında 15 sinif otağı, idman zalı, kitabxana, kompüter kabineti, istilik sistemi və nasosxana olacaqdır. Sentyabrın 15-dək istifadəyə veriləcək məktəbdə müasir tələblərə cavab verən maddi-texniki baza yaradılacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı

 

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

ölkəmizin 400 minə yaxın təhsil işçisi, hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ötən dərs ilini uğurla başa vuraraq növbəti - daha məsul tədris ilinin ərəfəsindədir. 2008-2009-cu tədris ilinə 1 milyon 800 min təhsilalan, o cümlədən 1,5 milyon şagird, 200 min tələbə, 100 min uşaqla başlayan təhsil sistemi üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirmək əzmindədir.

Hörmətli cənab Prezident, icazə verin, son illərdə təhsil sahəsində əldə olunmuş uğurlardan bəzilərini, həyata keçirilən proqramların nəticələrini, bu gün mövcud olan problemləri və növbəti dərs ilində onların həlli ilə bağlı nəzərdə tutulan addımları yüksək diqqətinizə təqdim edim.

Təhsil naziri Azərbaycanlı tələbələrin Avropa Forumunun rəhbərləri ilə görüşüb

Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov     Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.

 

Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

Misir Mərdanov qonaqlara ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrası istiqamətində görülən işlər haqqında məlumat verib.

Məktəb direktorları üçün seminar

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə 4-6 avqust tarixlərində məktəb rəhbərləri üçün "Məktəb direktorları: peşəkarlıq, liderlik və səmərəlilik" mövzusunda seminar keçirib. Məktəb direktorlarının peşəkarlığını artırmaq, onları məktəbin idarə olunması sahəsindəki dünya təcrübəsi ilə, mütərəqqi modellərlə tanış etmək məqsədi daşıyan seminarda paytaxtdan və bölgələrdən 17 məktəb direktoru iştirak edib.

 

Seminarın məşğələlərini ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru xanım Ketrin Magno aparıb. Seminarda "Liderlik ehtiyaclarının müəyyən edilməsi", "Liderliyin sahələri", "Şəxsi liderlik keyfiyyətləri və bacarıqları ilə əlaqəli fəaliyyətlər", "Məktəbin təkmilləşməsinin yeni modelləri: ABŞ təcrübəsi", "Məktəb liderinin qiymətləndirilməsi", "Valideynlərin təhsil prosesində iştirakı" və s. mövzu və istiqamətlər ətrafında müzakirələr aparılıb, təqdimatlar olub.

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

Xəbər verdiyimiz kimi, bu il sentyabrın ikinci ongünlüyündə Azərbaycan Respublikası müəllimlərinin XIII qurultayı keçiriləcək. Yaradılmış Təşkilat Komitəsi bu tarixi hadisə ilə bağlı geniş miqyasda iş görməkdədir. Bu sahədə reallaşdırılmış işlərdən biri müəllimlər qurultaylarını əks etdirən tarixi-xronoloji, stenoqrafik-statistik materialları, fotoları əks etdirən toplu-kitabın (705 səhifəlik) araya-ərsəyə gətirilməsidir. Buraxılışa məsul respublika təhsil naziri, professor, əməkdar elm xadimi Misir Mərdanovdur.

Oxucuların maraq və ehtiyacını nəzərə alaraq keçirilmiş ali məclislərin gündəlikləri ilə bağlı yığcam məlumatları dərc edirik.

 

I qurultayın gündəliyindən

 

Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Belə ki, xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.

İKT üzrə təlim kursları keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair tədbirlər planında təhsil sisteminin pedaqoji və inzibati idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

 

Bu məqsədlə bəzi layihələr və proqramlar artıq həyata keçirilməkdədir. Belə layihələrdən biri də "İntel - gələcək üçün təhsil"dir. Layihədə məqsəd yerlərdə təlim kurslarının təşkili ilə müəllimlərin İKT savadlılığının artırılmasıdır. İşlədiyim Bakı şəhəri 279 nömrəli orta məktəbdə "İntel - gələcək üçün təhsil" proqramı üzrə artıq üç təlim kursu təşkil edilmişdir. Bu kurslarda məktəbimizin 40-dan çox müəllimi İKT-nin tətbiqi sahəsində yeni biliklərə yiyələnmişdir. Bu layihə çərçivəsində işlər davam etdirilir. Kursların təşkilində və fənn müəllimlərimizin yeni texnologiyanın əsaslarına yiyələnməsində məktəbin direktoru Aybəniz Abbasovanın xüsusi əməyi vardır. Kurslara "İntel"in Suraxanı rayonu üzrə təlimçisi Aygün Əzizova rəhbərlik edir.

NDU-nun futbol komandası Avropa çempionatından diplomla qayıdıb

Xəbər verdiyimiz kimi, bu ilin mayında ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş kubok uğrunda futbol yarışlarında qalib gələrək 32 komanda arasında birinci yerə çıxmış Naxçıvan Dövlət Universitetinin futbol komandası Avropa tələbələrinin VI çempionatında iştirak etmişdir. çempionat 19-26 iyun 2008-ci il tarixlərində Kiyev şəhərində keçirilmişdir. 16 ölkənin tələbə futbolçularının iştirak etdiyi bu mötəbər turnirdə Naxçıvan Dövlət Universitetinin futbol komandası inamlı oyun nümayiş etdirmişdir. Olimpiya sistemi ilə keçirilən yarışda həmyerlilərimiz finlandiyalı tələbələri 2:1, lvovluları isə 6:4 hesabı ilə məğlub etmişlər.

Futbolçularımız daha bir qələbə xalını Yunanıstanın futbol komandası  yarışlardan çıxarıldığı üçün almışdır. Naxçıvanlı tələbələr daha sonra fransalı həmkarlarına 3:0, almaniyalı tələbələrə 2:1, ispanlara 3:2 hesabı ilə qalib gələrək yarışları 6-cı pillədə başa vurmuşlar. Fransadan olan tələbələr I, Ukrayna komandaları II və III, almanlar IV, ispanlar isə V yerləri tutmuşlar. Həmyerlilərimiz Türkiyə, Rusiya, Polşa, İsveçrə, Finlandiya, Kipr və Estoniya kimi ölkələrin tələbə komandalarını arxada qoymuşlar.