Bakıda zehni riyaziyyat üzrə Beynəlxalq olimpiada keçirilib. 250 məktəblinin qatıldığı olimpiadada İngiltərə, Rusiya, İsveçrə, Özbəkistan, Qazaxıstan, Ukrayna və digər ölkələrdən gələn məktəblilər iştirak ediblər.
Olimpiadada öz yaş qrupunda iştirak edən məktəblilər arasında Bakının 23 saylı tam orta məktəbinin II sinif şagirdi Ruslan Məmmədov I yerə layiq görülərək diplom və kubokla təltif olunub.
Məlumat üçün bildirək ki, Ruslan Məmmədov 1 ildən çoxdur, “İndiqo” Zehni Riyaziyyat Klubunda keçirilən məşqlərdə iştirak edir.