Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 11 372  müraciət daxil olub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9409 zəng qəbul edilib.

 

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1963 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1066 sənəd (363 ərizə, 703 məktub) qəbul olunub və qeydiyyata alınıb.

 

Daxil olan müraciətlər daha çox şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xaricdə təhsil və digər məsələləri əhatə edib.