Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 31 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq olunur.

 

Layihəyə 184 sinif üzrə 4975 şagird cəlb edilib.

 

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

 

STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.

 

Layihə çərçivəsində steam.edu.az portalı da istifadəyə verilib.