ABŞ Milli Elm Fondunun (NSF) məlumatına əsasən, 2018-ci ildə dünyada elm və mühəndislik sahəsində 2 555 959 məqalə dərc olunub. Bu da on il əvvəl qeydiyyata alınmış 1755 850 məqalədən daha çoxdur.

 

Son on il ərzində bu sektorda qlobal tədqiqatların həcmi hər il təxminən 4% artıb, Çinin artım tempi isə dünya üzrə orta göstəricilərdən iki dəfə çoxdur. ABŞ 2008-ci ildə bu sahədə lider olsa da, hazırda elmi-tədqiqat işləri sahəsində dünyanın aparıcı ölkəsi kimi Çin tərəfindən sıxışdırılıb.


ABŞ 2008-ci ildə 394 979 elmi məqalə dərc etdirməklə Çini (249 049) qabaqlayıb. Keçən il isə  Çin  528 263 məqalənin dərci ilə  422 808 məqalə dərc etdirmiş ABŞ-ı üstələyib. Hindistan 2018-ci ildə 135 788 elmi məqalə ilə üçüncü yeri tutub. Avropa İttifaqının dərc olunmuş məqalələrinin ümumi sayı 622 000 təşkil edib ki, bu da ümumi dünya göstəricisinin dörddəbiri deməkdir. Bu göstərici Çin üçün 20,67, ABŞ üçün 16,54 faizdir.

 

Oruc MUSTAFAYEV