Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda bilik yarışı keçirilib.

 

Bilik yarışında 75, 142, 155, 198 və 209 nömrəli tam orta məktəblərin V sinif şagirdləri iştirak ediblər.

 

Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, həmçinin vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edir.

 

Bilik yarışının nəticələrinə əsasən 155 nömrəli tam orta məktəbin komandası I, 198 nömrəli tam orta məktəbin komandası II, 75 nömrəli tam orta məktəbin komandası III yeri tutublar. 209 və 142 nömrəli tam orta məktəblərin komandaları isə həvəsləndirici yerə layiq görülüblər.