Yanvarın 17-də müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Paytaxtın 275 nömrəli tam orta məktəbində (Ünvan: Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi) Suraxanı və Xətai rayonları üzrə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, səyyar qəbulun təşkil edilməsində əsas məqsəd vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasından ibarətdir.