Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.
Onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub.