Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edir. Tədris rumın dilindədir.
Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.