Paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin qalibləri bəlli olub.

 

Final mərhələsinin nəticələrinə əsasən, 54 nömrəli tam orta məktəbin şagirdi Fərid Hüseynov, 107 nömrəli tam orta məktəbin şagirdi İlyas Zeynaddin I yerin, 7 nömrəli tam orta məktəbin şagirdi Nəcibə Allahverdiyeva, 328 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Təhməzli II yerin, 95 nömrəli tam orta məktəbin şagirdi Həsən Həsənxanov, 156 nömrəli tam orta məktəbin şagirdi Akif Babayev III yerin sahibi olublar.

 

Bakı şəhəri 232 nömrəli tam orta məktəbin şagirdi Türkanə Əliyeva, 102 nömrəli tam orta məktəbin şagirdi Tapdıq Abdullayev və 220 nömrəli məktəb-liseyin şagirdi Gülşən Sarıyeva həvəsləndirici yerlərə layiq görülüblər.

 

Paytaxtda yerləşən 36, 38, 39, 55, 57, 75, 83, 86, 94, 97, 99, 329, 153, 191, 193, 238, 246, 257, 263, 276, 297 nömrəli tam orta məktəblərin şagirdləri isə “Tərifnamə”yə layiq görülüblər.

 

Qeyd edək ki, adıçəkilən müsabiqə üç mərhələdə təşkil olunub. Son mərhələdə Təşkilat Komitəsi tərəfindən göndərilən 30 tədqiqat işi qiymətləndirilərək 9 qalib seçilib.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.