Dekabrın 20-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

 

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Tədbirdə Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

 

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, həmçinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.

 

Sonra qeyd olunan rayonların məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi məsələlərinə toxunulub.

 

Çıxışının sonunda Məhəbbət Vəliyeva tövsiyə və tapşırıqlarını verib, təhsil işçilərinə uğurlar arzulayıb.

 

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

 

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.