Bakı Mühəndislik Universiteti ilə Hollandiya Biznes Akademiyası arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqavilənin imzalanmasında əsas məqsəd beynəlxalq əməkdaşlığın qurulması ilə tədqiqatın və tədrisin keyfiyyətini artırmaq, elmi, akademik və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıq etməkdir.

 

Sənəd beynəlxalq konsorsium çərçivəsində birgə və ikili diplom proqramlarının təqdim edilməsi, birgə tədqiqat və innovasiya layihəsi fəaliyyətləri, milli və beynəlxalq tədqiqat proqramlarında və layihələrində iştirakı, birgə beynəlxalq konfrans və forumların təşkilini nəzərdə tutur. Tələbələrin, elmi, akademik və inzibati heyətin mübadiləsi və peşə hazırlığı, yerli və beynəlxalq jurnallarda müxtəlif elmi-tədqiqat məqalələrinin çapı, birgə proqramların işçi və şirkətlər bazarına gətirilməsi, keyfiyyətin artırılması proseslərində təcrübə mübadiləsi, tərəfdaşlar arasında təhsil keyfiyyətinin inkişafı üçün bütün mümkün və qanuni fəaliyyətlər müqavilədə öz əksini tapıb.

 

Müqavilənin imzalanması ilə iki və üçtərəfli ikili diplom proqramlarının təqdim edilməsi, Erasmus+ KA2 proqramının hazırlanması barədə də razılıq əldə olunub. Eyni zamanda, Hollandiya Biznes Akademiyası top 500 universitet siyahısına daxil olan Niderland universitetləri ilə BMU arasında xab rolunu oynayacaq.

 

Əməkdaşlıq müqaviləsini BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Hollandiya Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten imzalayıb.