“Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə kurikulum proqramı hazırlanıb. Kurikulum proqramına uyğun olaraq 6 yeni modul dərslik çap olunub. Təhsil Nazirliyi tərəfindən nəşr hüququ (qrif) verilən modul dərsliklər artıq tələbələrin istifadəsinə təqdim olunub.

 

Yeni məzmunlu, praktik tapşırıqların geniş yer aldığı dərsliklər Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə hazırlanıb.

 

Qeyd edək ki, sözügedən təşkilat tərəfindən 2018-ci il ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində “Turizm təşkilatçısı”, “Mehmanxana inzibatçısı” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə kurikulumlar tərtib olunub və 16 modul dərslik hazırlanaraq çap edilib.