Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisəsinin şagirdi beynəlxalq  müsabiqədə qalib gəlib.

 

Paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Leyla Qədimlinin Moskva şəhərində təşkil olunan “Millətin qızılı” (“Золото нации”) çoxjanrlı incəsənət müsabiqəsində nümayiş etdirdiyi “Sarı gəlin” rəqsi maraqla qarşılanıb. Məktəbli uğurlu çıxışına görə I dərəcəli diploma layiq görülüb.

 

Qeyd edək ki, bu, onun ilk uğuru deyil.  6 yaşından rəqs və səhnə ifaları ilə məşğul olan  L.Qədimli bu il Stokholmda keçirilən “Amberstar” fesivalında ifa etdiyi Dədə Qorqud roluna görə Qran Pri mükafatına layiq görülüb.