Dekabrın 9-da Çex Respublikasının “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri” təqdim edilib.
Təqdimetmə mərasimində Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak edib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təqdim edilən konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.