Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı geologiya elminin inkişafının vacibliyini qeyd edərək ADNSU-da bu istiqamətdə görülən işlərdən danışıb.
Geologiya və geofizikanın inkişafı üçün universitetdə hər bir şəraitin olduğunu qeyd edən rektor hazırda bu ixtisas üzrə universitetdə bakalavr, magistr və doktarantura səviyyəsində mütəxəssislərin hazırlandığını bildirib. Onun fikrincə, Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq bu elmin daha sürətli inkişafına təkan verəcək. M.Babanlı ADNSU-da tədris və təhsilin keyfiyyətinin müasir tələblərə uyğun aparılmasından söz açıb, web-distant auditoriyalar, AZİİ e -Kitab Evi haqqında da məlumat verib.
Akademik Akif Əlizadə bildirib ki, hər bir elmi istiqamət üzrə, o cümlədən geologiya elminin inkişafında da ali tədiris müəssisələri ilə elmi instututlar paralel çalışmalıdır. Akademikin fikrincə, bu zaman nəticə əldə olunması daha tez baş verər.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sonra qonaqlar AZİİ e -Kitab Evində yaradılmış şəraitlə yaxından tanış olublar.