Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə 13 bölgənin gənc müəllimlərinin görüşü keçirilib.

 

Görüşdə Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı rayonları və Gəncə, Naftalan şəhərlərindən olan ümumilikdə 300-dən çox gənc müəllim iştirak edib.

 

Görüşün məqsədi gənc müəllimləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, onun fəaliyyət istiqamətləri və müəllimlərin birgə əməyinə töhfəsi haqqında məlumatlandırmaqdır.

 

Görüşdə gənc müəllimlər arasında  qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.