Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının səkkiz ili tamam olub.

 

Yarandığı gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan ali məktəb Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.

      

2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.

      

Cari ildə BANM-in dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal  - 678 bal olub.

       

2019/2020-ci tədris ilində BANM-in 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki, bu göstərici üzrə də  BANM ölkə ali məktəblər arasında ön sıralarda yer alıb. 

     

Ali Məktəb səkkiz illik fəaliyyətində artıq üçüncü məzun buraxılışı həyata keçirib. Məzunların işlə təmin olunması isə 100% təşkil edir. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

    

8 illik uğurlu fəaliyyəti ərzində ali məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, STAR Refinery, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Equinor, Total, Avandsis Group və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir ki, bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.