Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir.

 

Belə ki, paytaxtın 285 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. 22 məktəbdə isə “Kiçik Akademiya”ların yaradılması ilə bağlı hazırlıq işləri görülür.

 

Qeyd edək ki, “Kiçik Akademiya”ların elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu var.

 

“Kiçik Akademiya”ya rəhbərlik edən müəllimlər üçün də təlimlər keçirilir. “Kiçik Akademiya”yaların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

 

“Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər.