Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlayıb.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev BDU-nun keçdiyi tarixi yol barədə məlumat verərək, ali məktəbin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb.
BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən V.Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb:”Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, BDU-nu Azərbaycan xalqının milli sərvəti adlandırıb”.
Rektor qeyd edib ki, özü də BDU-nun məzunudur və AzTU-nun professor-müəllim heyətindən 163 nəfər də müxtəlif vaxtlarda məhz bu ali məktəbi bitirib.
BDU-nun rektoru Elçin Babayev 100 illik şərəfli yoldan danışıb,bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə göstərilən böyük diqqətdir.
Tədbir bədii hissə ilə davam edib.