Təhsil Nazirliyinin  “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisi İsraildə təşkil edilmiş 24 günlük STEM (Science, Technology, Engineering and Mathematics) təlim kursuna qatılıb.

 

Səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEM mövzusunda olan proqramın Azərbaycan kurikulumlarına  uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan  mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı müəllimlərə metodik dəstəyin göstərilməsi  nəzərdə tutulub.

 

Təlim kursunda Təhsil Nazirliyinə, eləcə də Bakı  Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan  məktəblərdən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər. 

 

Təlimlər  ümumtəhsil məktəblərinin müəllim-pedaqoji heyətinin, eləcə də təhsilin idarə olunması sahəsində çalışanların dünyanın bir sıra  universitetlərində,  təhsil mərkəzlərində təşkil edilmiş təlim və konfranslarda iştirak etməsi onların peşə hazırlığının artırılması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.