Bakı Dövlət Universiteti və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb.

 

Rektor Elçin Babayev müqavilənin Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin BDU və BDU HİK arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq  prinsipləri əsasında  inkişaf etdirilməsinə təkan verəcəyini bildirib. Rektor, həmçinin BDU-dakı yeniliklərdən və 100 illik yubileyə hazırlıq proseslərindən də bəhs edib.

 

BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov universitet əməkdaşlarının sosial, hüquqi  mənafelərinin qorunduğunu, imzalanan müqavilənin də bu əməkdaşlığa stimul olacağına əminliyini ifadə edib.

 

Qeyd edək ki, kollektiv müqavilə BDU-nun sosial-iqtisadi inkişaf istiqamətləri, peşə qrupları, təhsil işçiləri üçün layiqli, təhlükəsiz əmək şəraiti, əmək haqqı, sosial təminatları və əlavə imtiyazları müəyyən etmək məqsədilə imzalanıb.