Paytaxtın ümumi təhsil müəssiələrində fəaliyyət göstərən “Kiçik Akademiya” rəhbərləri üçün təlimlər keçirilir.

 

Təlimlərin keçirilməsinin əsas məqsədi “Kiçik Akademiya” rəhbərlərinin sistemli və  səmərəli fəaliyyətini təmin etmək, onlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində sağlam rəqabət mühiti yaratmaqdan ibarətdir.

 

Təlimlər zamanı elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olan “Kiçik Akademiya”lar barədə fikir mübadiləsi aparılır, müzakirə olunan məsələlərə dair müvafiq tövsiyələr verilir.

 

Təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib gəlmiş ““Kiçik Akademiya” prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi əsasında icra olunur.

 

“Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir.

 

Təlimlərin dekabr ayına kimi davam edəcəyi planlaşdırılır.