Məktəbdənkənar təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi və maliyyə məsələlərinə həsr olunmuş seminar təşkil edilib.

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan seminarda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

 

İki gün davam edən seminarda məktəbdənkənar təhsil müəssisələrində mövcud qanunvericiliyin yerinə yetirilməsi, müəssisələrə işə qəbul, kadrların yerdəyişməsi, əmək müqaviləsinin bağlanması və xitam verilməsi, işçilərin ezamiyyə və məzuniyyət, əmək haqlarının ödənilməsi qaydaları və digər mövzularda mütəxəssislər tərəfindən çıxışlar edilib, müzakirələr aparılıb.

 

Seminarda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.