Oktyabrın 22-də Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının iclası keçirilib.

 

İclasda Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının İdarə heyətinin yeni tərkibi seçilib, 10 nəfər gənc mütəxəssisin partiya sıralarına qəbul olunması ilə bağlı qərar  verilib.  

 

Təhsil nazirinin müavini Firudin Qurbanov yeni üzvləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir müavini, həmçinin son illərdə təhsil sahəsində qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən danışıb və bu işlərdə gənclərin fəal iştirakının vacibliyini qeyd edib.