İqtisadiyyatın yenilikçi ruhu PhD-lərdən asılıdır
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına əsasən, bütün dünyada akademik dairələrdə verilən fəlsəfə doktorlarının (PhD) sayı durmadan artır.
OECD-nin 2019-cu il üzrə "İlk baxışdan təhsil" hesabatına əsasən, quruma daxil olan ölkələrdə yaşı 25-dən 64 -ə qədər olanların yalnız 1,1 faizinin doktorluq dərəcəsi var. OECD-nin müxtəlif ölkələrində doktorluq dərəcəsi olan əhalinin payı əhəmiyyətli dərəcədə dəyişir (Sloveniyada təxminən 4%, İndoneziyada 0,1%). Ümumilikdə isə, OECD ölkələrində, xüsusilə də Meksika, İspaniya və Birləşmiş Ştatlarda doktorluq dərəcəsi olanların sayı 2013-cü ildən 2017-ci ilə qədər təxminən 8% artıb.
Rəqəmlərə gəldikdə isə, bu gün ən çox doktorant Amerika Birləşmiş Ştatlarının (2017-ci ildə 71 000 nəfər) payına düşür. Daha sonra ən çox doktorant sayına görə, Almaniya və Böyük Britaniya gəlir (hər birində təxminən 28 000) malikdir. Hesabatda qeyd olunur ki, əgər hazırkı artım templəri davam edərsə, OECD ölkələrində yaşayan bugünkü gənclərin 2,3% - i doktorantura təhsillərini davam etdirəcəklər.
Bu, yalnız əksər ölkələrdə nisbətən yüksək məşğulluq və gəlir səviyyəsinə ümid edə bilən doktorantura məzunları üçün yaxşı xəbər deyil, xüsusilə də özəl sektora daxil olanlar, həm də bütün iqtisadiyyatlar üçün yaxşı xəbərdir.
Akademik dairələrdə və sənayedə öz bilik və tədqiqatlarını inkişaf etdirməklə doktorantlar iqtisadiyyatı daha yenilikçi hala gətirməyə kömək edə bilərlər.
Buna görə də təəccüblü deyil ki, bəzi ölkələr (Avstraliya, İtaliya və İsveçrə) güzəştli stimulların köməyi ilə daha çox doktorant cəlb etməyə çalışır və onları tələbə kimi deyil, işçi kimi qəbul edirlər (Norveç və İsveçrədə olduğu kimi).
Oruc MUSTAFAYEV