Bakı Dövlət Universitetinin SABAH mərkəzində “Sillabus tərtibi” adlı təlim keçirilib.
Təlimin əsas məqsədi SABAH müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub.
Təlim Bakı Dövlət Universiteti və UNEC SABAH mərkəzlərinin rəhbərləri tərəfindən keçirilib. Təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub.
Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində onun istifadə qaydaları haqqında məlumat verilib.
Sonda təlimi uğurla başa vuran müəllimlər sertifikatla təltif olunub.
Qeyd edək ki, sözügedən təlimlərin 2019-2020 tədris ilinin yaz semestrində də keçirilməsi nəzərdə tutulur.