Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələrinin növbəti reytinqini (QS EECA University Rankings 2020) açıqlayıb.
Ayrı-ayrı ölkələrdən 350 ali məktəbin daxil olduğu reytinq sıralamasına Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir. Reytinqin ilk 10-luğunda aşağıdakı universitetlər yer alıb.
1. Moskva Dövlət Universiteti, 2. Sankt-Peterburq Dövlət Universiteti, 3. Novosibirsk Dövlət Univertsiteti,4. Tartu Universiteti (Estoniya), 5. Çarlz Universiteti (Çexiya) , 6. Yagellan Universiteti (Polşa), 7. Varşava Universiteti (Polşa), 8. Tomsk Dövlət Universiteti (Rusiya), 9. Çex Texnologiya Universiteti (Çexiya), 10. Masaryuk Universiteti (Çexiya).
Reytinqə Azərbaycanın 5 universiteti daxildir:
1. Bakı Dövlət Universiteti (201-210)
2. Xəzər Universiteti (221-230)
3. Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC (251-300)
4. Azərbaycan Memarlıq və İnşaat Universiteti (301-350)
5. ADA Universiteti (301-350)
Reytinq gedişində ali məktəblərin akademik reputasiyası və işəgötürənlər arasında nüfuzu, eləcə də hər bir universitetin tədqiqatçılıq effekti daxil, 10 müxtəlif kriteriya əsas götürülüb.
Oruc MUSTAFAYEV