Oktyabrın 11-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 129 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri vətəndaşların müraciət və təkliflərini dinləyib, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.