İsveç Elmlər Akademiyası tərəfindən 2019-cu il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları elan olunub.
Nobel komitəsinin qərarına əsasən, bu il Nobel mükafatına "lityum-ion batareyalarının inkişafı" üzrə almaniyalı alim Con Qudenaf, Böyük Britaniyadan Stenli Uittingem və Yaponiyadan Akira Eşino layiq görülüb.
"Bu, hava, yüklənə bilən, güclü batareyalardan mobil telefonlardan və noutbuklardan, həmçinin elektrik avtomobillərindən başlayaraq hər yerdə istifadə olunur. Onlar günəş və küləkdən əldə olunan enerjinin böyük həcmini saxlaya bilərlər", - deyə Nobel Komitəsi bildirib.
Mükafat fondu (1 milyon ABŞ dolları) laureatlar arasında bərabər bölünəcək.
Oruc MUSTAFAYEV