Müəllimlərin və direktorların işə qəbulu qaydalarında dəyişikliklər edilməsi nəzərdə tutulur.

 

“Azərbaycan müəllimi”nə bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov məlumat verib. Onun sözlərinə görə, tezliklə təsdiq olunacaq müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur: “Müəllimlərin işə qəbulu qaydaları yaxın həftələrdə təsdiq ediləcək. Direktorların da işə qəbulu üçün müsabiqənin tezliklə keçirilməsi nəzərdə tutulur. Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçiriləndə bu müsabiqə də baş tutacaq. Amma qaydalar hələ hazır deyil".