Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın 7-dək davam edəcək.
Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.