Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçiriləcək.

 

Stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

 

Stajkeçmə xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur.

 

3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir. Müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçiriləcək və dərs müşahidələri aparılacaq.

 

Qeyd edək ki, stajkeçmə xidmətinə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən İKT-dən istifadə üzrə təlimlərdə iştirak edən müəllimlər qatılacaq.