“Ankara Məktəbi” məktəb-liseydə “Bilik günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Məktəb-liseyin direktoru Səmayə Eynullayeva bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu vurğulayıb. Direktor bu münasibətlə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektiv üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların yaxınlarını ürəkdən təbrik edib. “Bu gün bizim liseydə 2110 nəfər şagird tədrisə başlayır. Onlardan 293 nəfəri birinci sinifə qədəm qoyurlar”,- deyə S. Eynullayeva nəzərə çatdırıb.

 

Sonra  birinci sinif şagirdi yeni dərs ilinin ilk zəngini çalıb.

 

Birincilər müəllimlərinin müşayiəti və “Məktəb illəri” mahnısının sədaları altında liseyin siniflərinə daxil olaraq ilk dərslərinə başlayıblar.

 

 

Rəşad ZİYADOV