Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti noyabrın 1-dək uzadılıb.
20 ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasları da əhatə edir. İxtisaslara qəbul olunmaq istəyənlər tələb edilən sənədləri elektron qaydada http://www.kabinet.unec.edu.az e-mail ünvanına göndərdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Təkrar ali təhsil almaq isiəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.