Görkəmli alim, akademik Soltan Mehdiyevin seçilmiş əsərləri toplusunun I cildi nəşr edilib.

 

Akademik S.Mehdiyevin elmi tədqiqatlarında tsiklanlar kimyası sahəsində işlər mühüm yer tutur. Onun bu sahədə tədqiqatlarının nəticələri ilk dəfə olaraq toplu halında çap olunur. Bu toplu kimya, kimya mühəndisliyi ixtisasları üzrə bakalavr və magistr təhsili alanlar, doktorantlar üçün dəyərli mənbədir.

 

Kitab akademik V.M.Abbasovun, AMEA-nın müxbir üzvü, k.e.d., professor H.M.Əlimərdanovun, k.e.d., professor E.T.Süleymanovanın və k.ü.f.d., b.e.i. C.S.Mehdiyevin redaktorluğu ilə nəşrə hazırlanıb.