Qəbələ rayonunun Qaradeyn kənd tam orta və Şəfili kənd ibtidai məktəbləri üçün quraşdırılan 80 və 20 şagird yerlik modul tipli binalar “Bilik günü”ndə şagirdlərin istifadəsinə veriləcək.

 

Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, Vəndam qəsəbəsində 2 nömrəli tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi də başa çatmaq üzrədir.

 

 

Şakir CƏFƏROV