Kürdəmir rayonunun Bağman, Öyləqulu və Təklə kəndlərində məktəblər üçün modul tipli yeni binalarda tikinti-quraşdırma işləri başa çatdırılıb.

 

Təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, hər 3 tədris ocağı dövlət vəsaiti hesabına tikilib. Məktəblərin hər biri 80 şagird yerlikdir. Bağman kəndində tam orta, digər iki kənddə isə ümumi orta məktəblər fəaliyyət göstərəcək.

 

Hazırda təhsil ocaqlarının həyətlərində abadlıq işləri aparılır.

 

 

Şakir CƏFƏROV