Dövlət İmtahan Mərkəzi (DIM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini avqustun 6-da saat 14:15-dən etibarən internet səhifəsində (https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=31) yerləşdirib.

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

 

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili  müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat

 

 

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

 

 

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Dövlət ödənişsiz

4360

4113

144

4257

97.64

Dövlət ödənişli

5131

4659

92

4751

92.59

Özəl

715

673

14

687

96.08

Cəmi

10206

9445

250

9695

94.99

 

 

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili  müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat (xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə)

 

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

 

 

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

8482

8104

204

8308

97.95

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1724

1341

46

1387

80.45

Cəmi

10206

9445

250

9695

94.99

 

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2019-cu il avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.