Bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

 

Müsabiqədən kənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar. DİM digər müsabiqə iştirakçılarının nəzərinə çatdırır ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

 

Həmin abituriyentlər aşağıdakı ixtisaslara qəbul olunublar: 

 

Abituriyent    sayı

İxtisasın kodu, DS

Ali təhsil müəssisəsinin adı

İxtisasın adı

1

111528

Bakı Dövlət Universiteti

Coğrafiya müəllimliyi

1

112135

Bakı Dövlət Universiteti

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

4

112151

Bakı Dövlət Universiteti

Tarix müəllimliyi

1

112484

Bakı Dövlət Universiteti

Politologiya

1

112735

Bakı Dövlət Universiteti

Kimya müəllimliyi

2

112873

Bakı Dövlət Universiteti

Biologiya (tədris ingilis dilində)

1

114582

ADNSU

Kompüter mühəhdisliyi (tədris ingilis dilində)

1

122422

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Kimya və biologiya müəllimliyi

1

122569

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix və coğrafiya müəllimliyi (Şəki filialı)

1

126238

Azərbaycan Dillər Universiteti

Regionşünaslıq (Norveç üzrə)

1

128141

Bakı Mühəndislik Universiteti

Elektroenergetika mühəndisliyi

1

128174

Bakı Mühəndislik Universiteti

Elektrik mühəndisliyi

4

129113

Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri

1

132134

Bakı Musiqi Akademiyası

İnstrumental ifaçılıq

1

136558

Bakı Xoreoqrafiya Akademiyası

Xoreoqrafiya sənəti (baletmeyster)

1

136599

Bakı Xoreoqrafiya Akademiyası

Xoreoqrafiya sənəti (baletmeyster)

3

141158

Bakı Ali Neft Məktəbi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingilis dilində)

2

141174

Bakı Ali Neft Məktəbi

Kimya mühəndisliyi (tədris ingilis dilində)

3

137132

ADBTİA

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq

12

137149

ADBTİA

Bədən tərbiyəsi və idman

37

137157

ADBTİA

Məşqçi (idman növü üzrə)

16

137165

ADBTİA

Məşqçi (idman növü üzrə)

1

142754

Naxçıvan Dövlət Universiteti

Bədən tərbiyəsi və idman

1

145613

Gəncə Dövlət Universiteti

Bədən tərbiyəsi və idman

1

145621

Gəncə Dövlət Universiteti

Bədən tərbiyəsi və idman

 

1 nəfər Internatıonal Baccalaureate təhsil proqramı məzunu  ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.

 

5 abituriyent  müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

 

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən 12 nəfər "Kompüter elmləri", 5 nəfər "Kompüter mühəndisliyi", 3 nəfər "İnformasiya texnologiyaları", 22 nəfər "İqtisadiyyat", 21 nəfər "Beynəlxalq münasibətlər", 36 nəfər "Biznesin idarəolunması", 5 nəfər isə "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə ADA Universitetinə qəbul olub.