Yeni dərs ilinə 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib
2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.
Aşağıdakı videorolikdə məzmun, dizayn baxımından təkmilləşdirilən və əsaslı şəkildə yenilənən dərsliklər barədə məlumat verilir: