Bu ilki müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən 41288 namizəddən 18 881- i (46%) uğur qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bu gün keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb.
M.Vəliyeva bildirib ki, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib.
Nazir müavini onu da vurğulayıb ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib: “Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar”.