Ayrı-ayrı ölkələr üzrə aparılmış tədqiqatların nəticələrinə əsasən son illərdə STEM  təhsil  əsaslı peşələrə tələbat 17 faiz artıb.  Adi peşələrə tələbat isə cəmi 9,8 faiz təşkil edib. Bu isə STEM əsaslı təhsil sisteminə bütün dünyada  tələbatın artdığını göstərir.  Bu cür tələbat nə ilə bağlıdır?

 

Bir çox ölkələrdə aşağıdakı  səbəblərə görə STEM təhsil  prioritet əhəmiyyət daşıyır: 

 

- Yaxın gələcəkdə bütün  dünyada mühəndislərin, yüksəktexnologiyalı istehsal sahələrinin  mütəxəssislərinin  və s. kəskin  çatışmazlığı yaranacaq,

 

- Bizdən o qədər də uzaq olmayan  gələcəkdə  təbiət  elmlərinin qovuşuğunda texnologiyalarla və yüksəktexnoloji istehsalla, xüsusən də bio- və nanotexnologiyalarla  bağlı olan peşələrə böyük tələbat  yaranacaq,

 

- Mütəxəssislərə texnologiyaların, təbiət və mühəndislik  elmlərinin müxtəlif sahələri üzrə biliklər və hərtərəfli hazırlıq tələb olunacaq.

 

STEM təhsilinə ehtiyacın  əsaslandırılması  və elmi-texniki sferanın inkişafı üçün  bir sıra tədqiqatlar aparılıb və məlum olub ki,  əhalinin yalnız 1%-nin məhz STEM əsaslı peşələrə cəlb edilməsi ölkədə ümumi daxili məhsulun həcmini 50 milyard dollar artırmağa imkan verər.  STEM -in öyrənilməsinin stimullaşdırılması yönündə mühüm addımlardan biri kimi  əcnəbi tələbələr arasında bu təhsil sisteminin cazibədarlığının artırılmasıdır.  ABŞ-ın miqrasiya siyasəti də  STEM-i öyrənmək istəyən tələbələrə yumşaq yanaşma nümayiş etdirir. Belə ki,  STEM əsaslı  yüksək texnologiyaları öyrənən əcnəbi tələbələr  təhsillərini başa vurduqdan sonra 3 il müddətində bu ölkədə təcrübə  (OPT STEM) keçmək hüququ əldə edirlər.  Bu addımlar ona gətirib çıxarıb ki,  artıq bu gün ABŞ-da təhsil alan tələbələrin 40%-dən çoxu elmi-texniki fənlərə doğru seçim edirlər.

 

ABŞ-ın ardınca bir sıra inkişaf etmiş ölkələr də  STEM-in  inkişafı  təşəbbüsünü dəstəkləyiblər. Artıq bu gün Böyük Britaniya, Avstraliya, İsrail, Çin  öz tələbələrinə elmi-texniki sferada sertifikatlaşdırılmış dövlət təhsil  proqramları  təklif edirlər.

 

Son proqnozlar göstərir ki, 5 ildən sonra STEM  əsaslı vakansiyalar - peşələr təxminən 9 milyon təşkil edəcək.

 

 

Oruc MUSTAFAYEV