İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində tarix və alman dili müəllimi olmaq istəyən 2291 namizəd iştirak edib.

 

İmtahanda tarix fənni üzrə ən yüksək nəticəni Nərmin Ənvərli (58 bal), alman dili fənni üzrə isə Əjdər Salmanov (53 bal) əldə edib. Nərmin Ənvərli 2017-ci ildə Gəncə Dövlət Universitetinin tarix muəllimliyi ixtisası üzrə bakalavriatura, 2019-cu ildə isə həmin universitetin "Azərbaycanın qədim və orta əsrlər tarixi" ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

 

Əjdər Salmanov 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetində alman dili müəllimliyi ixtisası üzrə təhsil alıb.

 

Müəllimlərin işə qəbulu üzrə test imtahanları iyulun 24-dək davam edəcək. İyulun 9-da isə fizika, musiqi və fransız dili üzrə test imtahanları keçiriləcək.