Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

 

Valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqəyə 1 239 şagird qatılıb. Onlardan 567  nəfəri müsabiqənin nəticələrinə görə müvəffəq olub.

 

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII lisey siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2 046 şagird iştirak edib. Müsabiqədə uğurla iştirak etmiş şagirdlər göstərdikləri nəticələrə uyğun olaraq müvafiq profil sahələləri üzrə lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb.