Finlandiyada aparılmış tədqiqatın aktual nəticələri
Finlandiyada aparılmış yeni tədqiqatlara əsasən, kənd uşaqları şəhərli həmyaşıdları ilə müqayisədə daha yaxşı motorik (hərəki) bacarıqlara malikdirlər, bu isə o deməkdir ki, kənd uşaqları daha sürətli inkişaf edirlər və hətta, cəmiyyətdə böyük bərabərlikdən istifadə edə bilərlər.
Finlandiyanın Yuvyaskyulya Universitetinin alimləri müəyyən ediblər ki, şəhər uşaqları daha yaxşı təşkil olunmuş idman növləriylə məşğul olsalar da, kənd uşaqları açıq havada dostları ilə sərbəst oynaya bilərlər, buna görə də onlar əsas bacarıqları daha sürətlə inkişaf etdirirlər.
Tədqiqatçılar iddia edirlər ki, strukturlaşdırılmamış bu cür oyunlar uşaqların inkişafını stimullaşdırır, onları məktəb həyatına hazırlamağa kömək edir və sosial əminlik yaradır.
Həyati bacarıqlar
Hərəkətetdirici bacarıqlar uşaqlar üçün həyati əhəmiyyət daşıyır, ona yazı yazmağı, velosiped sürməyi və geyinməyi öyrənməyə kömək edir. Açıq havada oyunlar isə uşaqlara təcrübə keçməyə və bu bacarıqları inkişaf etdirməyə imkan verir. Tədqiqatın nəticələrinə əsasən, hər 10-cu uşaq hərəkətetdirici bacarıqların inkişafında geri qalib. Bu tədqiqat 3-7 yaşlı təxminən 1000 uşağı əhatə edib. Uşaqlar açıq havada oynayarkən valideynlərin yaxınlıqda olması onlara özlərini daha təhlükəsiz hiss etməyə və bu cür fəaliyyətin əhəmiyyətini anlamaqda kömək edir.
Açıq havada oyun uşaqlara həyati əhəmiyyətli bacarıqları təcrübədən keçirməyə kömək edir.
Başqa üstünlüklər də var..
Fin tədqiqatı kənd yerlərində böyümənin uşaqlar üçün nə qədər əhəmiyyətli olduğunu göstərən sonuncu tədqiqatdır. Daha əvvəllər aparılmış başqa bir tədqiqat kənd körpələrinin daha yaxşı balansa və çevikliyə malik olmasını, hiperaktiv diqqətsizlik simptomlarını daha az hiss etmələrini göstərib.
Yeni tədqiqat həmçinin onu da göstərib ki, şəhərli uşaqlar oynamaqda kənddən olan həmyaşıdlarına çata bilərlər. "Yay dövrü bütün ailənin yaşayış yerini birlikdə dəyişməsi üçün əla dövrdür, çünki təbiət uşağın hərəkətetdirici inkişafı üçün ona çoxtərəfli təcrübə və stimulları verir", - deyə tədqiqatın aparıcı müəllifi Donna Nimist bildirir.
Oruc MUSTAFAYEV