Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri bəlli olub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 147, 150, 155, 177, 212, 214, 216 və 232 nömrəli tam orta məktəblərə məxsus layihələr Ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.
Qalib layihələr arasında istedadlı uşaqların aşkar olunması, mütaliəyə marağın artırılması, məktəb-valideyn əlaqələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkan və şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi, öyrədici resursların hazırlanması və digər müvafiq istiqamətlər üstünlük təşkil edir.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.