Fransada azyaşlılar 3 yaşdan məktəbə cəlb olunacaq


Fransada yeni tədris ilinin başlanğıcından icbari  məktəbəqədər təhsilin yeni qaydaları tətbiq olunacaq.  3 yaşlılar üçün təhsil icbari olacaq. Təhsil islahatlarına müvafiq olaraq uşaqları  3 yaşdan başlayaraq ibtidai məktəbə hazırlayacaqlar. Körpələrə oxumaq, yazmaq,  hesablamaq, xarici dillər öyrədiləcək, həmçinin onların leksik bilikləri  inkişaf etdiriləcək.

 

Qeyd olunur ki, körpələrə oxumağa sevgini "Oxumaq və oxumağı öyrətmək" assosiasiyasının könüllüləri aşılayacaq. Onlar hər gün hazırlıq siniflərinə gələcək  və icadan uşaqlara  kitab oxuyacaqlar.  "Fransanın milli təhsil xəbərləri" nəşrinin  məlumatına əsasən, bəzi  məşğələlər uşaqlarda  diqqətin və həmsöhbətə qulaq asmaq bacarığının inkişafına həsr ediləcək.

 

Oruc MUSTAFAYEV