Bakı Mühəndislik Universitetində bu ali məktəbin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “KPMG Azərbaycan” şirkətinin karyera günü keçirilib. Proqramda “Maliyyə”, “Mühasibat uçotu və audit”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə təhsil alan  bakalavr 3-cü, 4-cü kurs   və magistratura tələbələri iştirak ediblər.
 
Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Təyyar Mustafayev BMU-nun cəmiyyətimizdə fərqli bir universitet kimi qəbul olunduğunu və fərqliliklərindən birinin elə iş dünyası ilə yüksək səviyyədə əlaqələrinin olmasını qeyd edib. O, dünyada məhşur olan KPMG şirkəti ilə əlaqələrin məzunların gələcək karyerasındakı rolundan da danışıb.
 
KPMG şirkətinin karyera günündə iştirak edən  nümayəndələri Kərim Daiyev, Qaya Əzimov və Aydan Bədəlov şirkətin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, şirkət dünyanın 154 ölkəsində audit, vergi, biznes və hüquq məsləhətləri xidməti göstərir. Azərbaycanda isə əsasən vergi və audit xidməti göstərir. Tələbələrin imtahanlarda iştirak edərək təcrübə keçmə haqqı əldə etmələrinin onların gələcəkdə savadlı auditor olmalarında və şirkətdə işlə təmin olunmalarında mühüm rol oynayacı qeyd olunub.
 
Karyera gününün sonunda KPMG audit və vergi departamentlərində ödənişli təcrübə proqramı üzrə CV-lərin verilməsi və seçim prosesinin ilkin mərhələsi olan online test imtahanı həyata keçirilib.