Mayın 5-də ADA Universitetində informatika fənni üzrə olimpiadanın respublika mərhələsinin final turu keçirilib.
Yarımfinal turunda yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadaya cəlb ediliblər. Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar.
Olimpiadada müvafiq yaş qruplarına uyğun olaraq aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə 31 nəfər şagird iştirak edib.
Müsabiqə və qiymətləndirmə Beynəlxalq İnformatika Olimpiadası (IOI) sisteminə uyğun həyata keçirilib.
Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.